Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb. ARAF-dan SİA-ya verilən məlumata görə, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.
Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.
Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə