UEFA Kloppu təhqir edən hakimə ağır cəza verdi

UEFA ingiltərəli hakim Devid Kutu cəzalandırıb. SİA xəbər verir ki, bu barədə jurnalist Rob Harris sosial şəbəkə hesabında yazıb.

Qeyd olunur ki, hakimin “Liverpul”u və mersisaydlıların sabiq baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video mediada yayılan kimi dərhal onun diskvalifikasiyasına qərar verilib.

Kutun hakim kimi avrokuboklarda fəaliyyət göstərməsinə ömürlük qadağa qoyulduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə