21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri təxirə salınıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanış və oyunlar hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.
Yoldaşlıq matçının 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə daha sonra məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə