Misli Premyer Liqasının lideri “Qarabağ” mövsümdə ilk heç-heçəsinə imza atıb. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri uzun fasilədən sonra qolsuz bərabərliyə imza atıblar. Bu, XII turun “Turan Tovuz”la səfər görüşünə təsadüf edib.
Ağdam klubunun 0:0 hesablı heç-heçə etməsi sonuncu dəfə təxminən 2 il öncə qeydə alınıb. Bu, 2022-ci il noyabrın 28-də “Zirə” ilə ev matçında yaşanıb. “Qarabağ”ın ardıcıl 67 görüşündə ən azı bir komanda qol sevinci yaşayıb.
Bu, ölkə çempionatları tarixində 2-ci belə seriyadır. 0:0 hesabı olmadan keçirilən oyun sayında rekord “Şahdağ Qusar”a məxsusdur. Bölgə təmsilçisi texniki nəticələr nəzərə alınmadan ardıcıl 95 matçlıq seriyaya malikdir. 3-cü göstəriciyə malik “Şamaxı”nın hesabında 59 oyunluq seriya var.
Bütün xəbərlər Facebook səhifəmizdə