“Sumqayıt” Özbəkistan millisinin futbolçusunu transfer edib

“Sumqayıt” Özbəkistan millisinin şərəfini qorumuş futbolçunun keçidini reallaşdırıb. SİA xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Paris-2024 Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə