Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə qarşılaşacaq. SİA xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv tsiklin son matçını səfərdə keçirəcək.
Bristol şəhərindəki "Aşton Qeyt" stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qarşılaşmanı xorvatiyalı referi İvana Martinçiç idarə edəcək.
Qeyd edək ki, hazırda F qrupunda Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikincidirsə, üçüncü pillədə olan Serbiyanın 13 xalı var. Şimali İrlandiya 10 xalla dördüncü, Lüksemburq 7 xalla beşincidir. 3 xala malik Azərbaycan millisi turnir cədvəlinin sonuncusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə