Azərbaycan klublarının avrokubok oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək qadınlardan ibarət “Bakı” və “Kür” komandalarının oyunlarına hakim təyinatları bəlli olub. SİA xəbər verir ki, Monteneqronun “Lofçen Çetinye” klubu ilə qarşılaşacaq paytaxt təmsilçisinin görüşü Xaralambos Xaralambus və Efstatios Efstatiuya (hər ikisi Kipr) tapşırılıb.
Mingəçevir klubunun Kipr “Stravolo”su ilə matçını isə serbiyadan olan referilər - Stefan Berdiç ilə Filip Sorak idarə edəcəklər.
Qeyd edək ki, “Kür” hər iki oyunu doğma meydanda, “Bakı” isə səfərdə keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə