Dünyanın ən yaxşı vingeri seçildi

İngiltərənin “FourFourTwo” portalı bu gün dünya futbolunun ən yaxşı sağ cinah oyunçularının reytinqini tərtib edib. SİA xəbər verir ki, siyahıya “Liverpul” klubunun ulduzu Məhəmməd Salah başçılıq edir.

Siyahıda “Arsenal”ın futbolçusu Bukayo Saka ikinci, “Real Madrid”in oyunçusu Rodriqo isə üçüncü yerdə qərarlaşıb.

İlk 10-luqda Lamin Yamal (“Barselona”), Maykl Olise (“Bavariya”), Usman Dembele (PSJ), Leroy Zane (“Bavariya”), Lionel Messi (“İnter Mayami”), Xavi Simons (“Leypsiq”) və İnaki Uilyams (“Atletik”) yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə