Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı təşkil olunacaq. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi keçirilib.
AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.
Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə