Juan Matanın yeni komandası bəlli olub

Avstraliyanın “Vestern Sidney Uonderers” komandası 36 yaşlı ispaniyalı futbolçu Juan Matanı heyətinə qatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə Yaponiyada çıxış edən ispan futbolçu Juan Matanın yeni ünvanı bəlli olub.

Təcrübəli futbolçu Avstraliya komandalarından olan “Vestern Sidney Uonderers”ə transfer olunub. Klubun rəsmi internet saytından verilən açıqlamada FİFA Dünya Kuboku və UEFA Çempionlar Liqasının qalibi olan Juan Matanı heyətinə qatdıqları bildirilib. 2022-2023 mövsümündə "Qalatasaray"da çıxış edən və Superliqada çempionluq yaşayan 36 yaşlı futbolçu karyerasında "Valensiya", "Çelsi", "Mançester Yunayted" və nəhayət, "Vissel Kobe"də çıxış edib.

Təcrübəli futbolçu 2010-cu ildə İspaniya yığması ilə dünya çempionu, 2011-2012-ci il mövsümündə isə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə