"Qəbələ" heyətini "Rubin"in sabiq futbolçusu ilə gücləndirib

"Qəbələ" heyətini "Rubin"in sabiq futbolçusu ilə gücləndirib

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətini "Rubin"də (Rusiya) oynamış futbolçu ilə gücləndirib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.

21 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. Samir Həsənov Rusiya klubundan başqa, “Neftçi”nin də formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə