"Bu yarışlara milyonlarla insan baxır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu yarışlara milyonlarla insan baxır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bakıda keçirilən "Formula1" yarışlarının ölkəmiz üçün əhəmiyyəti çoxdur". Bu sözləri SİA-ya açıqlamasında Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Şahin Xudaverdiyev deyib.

O bildirib ki, "Formula1" yarışları dünyada ən çox izlənilən yarışlardan biridir: "Bu yarışlara milyonlarla insan baxır. Bu da o deməkdir ki, bizim şəhərimizi, ölkəmizi milyonlarla insan görür. Ölkəmizin inkişaf etdiyini, nə səviyyədə gözəl olduğunu, daim irəli getdiyini görürlər. Bu da ölkə siyasəti üçün çox xeyirli, faydalıdır. Əlbəttə ki, dünyada ölkəni tanıtmaq, ölkənin inkişafını göstərmək idman sahəsi ilə daha rahat və tezdir. Çünki bu "Formula1" yarışları müxtəlif telekanallarda göstərilir, xarici ölkələr tərəfindən çəkilişlər aparılır. Bu yarışlar bütün ölkələrdə göstərildiyinə görə bizim üçün reklam xarakteri daşıyır. Ölkəmizin dünya arenasında tanınması üçün bu yarışların böyük köməyi var. Bu da gələcəkdə ölkəmiz üçün daha xeyirli, səmərəli ola bilər.

Turizm baxımından, siyasi baxımdan da ölkəmiz nə qədər inkişaf edir, nə qədər tolerantlıdır gözlə görünür, bizim ölkəmizdə nə qədər böyük yarışlar keçirilir hamı şahid olur. Yəni göstəririk ki, biz buna qadirik. Həm də Formula1 yarışları ölkənin gücünü göstərən ən vacib yarışlardan biridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə