Bu gün Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 7-ci turuna start veriləcək. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Atçılıq Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək turun start günü "Sərhədçi"-"Elit" (saat 16:00) və "Polad"-"Omar" (saat 17:00) görüşləri olacaq. Sabah isə eyni məkanda 7-tur çərçivəsində daha üç oyun keçiriləcək. "Zəfər" "Şirvan"la (saat 16:00), "Ağstafa Dilbaz" "Köhlən"lə (saat 17:00) və "Embovud"sa "Qarabağ"la (saat 18:00) qarşılaşacaq.
Arenaya giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB