Olimpiya idmançıları F-16-larla qarşılandı

Olimpiya idmançıları F-16-larla qarşılandı

Tayvan Hərbi Hava Qüvvələri Paris Olimpiadasından qayıdan idmançıların təyyarələrini F-16-larla müşayiət edən görüntülərini paylaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrindən verilən açıqlamada bildirilib: “Olimpiya qəhrəmanları vətənə qələbə ilə qayıtdılar və F-16 döyüş təyyarələri onları müşayiət etdi. Olimpiya idmançılarının heyrətamiz çıxışı dünyaya Tayvanın gücünü göstərdi. İdmançıların beynəlxalq arenada göstərdikləri sarsılmaz cəsarət və qətiyyət, eləcə də hava məkanının qorunmasında Hərbi Hava Qüvvələrinin zabit və əsgərlərinin səyləri və fədakarlığı bütün xalqın fəxridir. Tayvan Paris Olimpiadasında iki qızıl və beş bürünc olmaqla yeddi medal qazanaraq tarixində ikinci ən yaxşı finişə nail oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə