"Neftçi" klubu Deancelo Stüart ilə anlaşıb

"Neftçi" klubu Deancelo Stüart ilə anlaşıb

“Neftçi” klubu ötən mövsüm komandada çıxış edən basketbolçu Deancelo Stüart ilə anlaşıb. SİA xəbər verir ki, amerikalı oyunçu qarşıdakı mövsümdə də paytaxt təmsilçisinin formasını geyinəcək.

Deancelo Stüart ötən mövsümün yanvarından “Neftçi”də çıxış edir.

Qeyd edək ki, “Neftçi” ötən mövsüm Azərbaycan Kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə