Belçikalılar İsraillə oyunu xaricə keçirmək istəyirl'r

Belçikalılar İsraillə oyunu xaricə keçirmək istəyirl'r

...Belçika hakimiyyəti İsrail milli komandası ilə UEFA Millətlər Liqası matçını xaricə keçirmək istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Het Laatste Nieuws yazıb.

Mənbənin məlumatına görə, Brüssel meriyası sentyabrın 6-da baş tutmalı olan görüşü mümkün etirazlar və azarkeşlər, komandalar və şəhər sakinləri üçün təhlükəsizlik təhlükəsi səbəbindən qəbul edə bilməyəcəyini bəyan edib.

Qeyd olunur ki, oxşar qərar Leuven, Bruges, Antverpen və Liege şəhərlərində də qəbul edilib.

Belçika Kral Futbol Assosiasiyası (KBVB) hazırda UEFA ilə alternativ variantları müzakirə edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə