"Ştutqart”ın mərkəz müdafiəçisi Valdemar Anton karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı “sarı-qaralar”ın rəsmi saytı paylaşıb.
Bildiril ki, 27 yaşlı futbolçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Valdemar Anton ötən mövsüm klubda bütün turnirlərdə 37 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə