İngiltərə və Niderland yarımfinalda, Türkiyə mübarizəni dayandırdı

Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilib. SİA xəbər verir ki, oynanılan iki matçla son iki yarımfinalçı da bəlli olub.

Günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.

Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşıb. Oyunda hesabı Türkiyə millisi açsa da, Niderland yığması 2 qol vuraraq əzmkar qələbə qazanıb. Beləliklə, Türkiyə millisi Avropa çempionatı ilə vidalaşıb.

Niderland isə yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.

6 iyul

Avro-2024

1/4 final

23:00. Niderland - Türkiyə - 2:1

Qollar: Samet Akaydın, 35 (0:1), Stefan de Vrij, 70 (1:1), Kodi Qakpo, 76 (2:1)

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilər seriyası - 5:3)

Qollar: Embolo, 75 (0:1), Saka, 80 (1:1)

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

5 iyul

İspaniya - Almaniya - 2:1

Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)

Bütün xəbərlər Facebook səhifəmizdə