“Sabah” klubu xorvatiyalı futbolçunun transferini açıqlayıb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, “tələbələr” xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalayıb.

24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer olunub. O, Bakı təmsilçisində 13 nömrəli formada çıxış edəcək.

İ.Lepinitsa futbolçu karyerası ərzində Xorvatiyanın "Riyeka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018-2019), Almaniyanın "Arminiya" (2022-2023) klublarında çıxış edib. O, 2023-cü ildə "Riyeka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarının da şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə