Almaniya millisi ilə dünya çempionatının ikiqat mükafatçısı Karl-Haynts Şnellinqer 85 yaşında vəfat edib.
SİA xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Qeyd olunur ki, Şnellinqer Milanda xəstəxanada dünyasını dəyişib. O, bu yaxınlara qədər bu şəhərdə yaşayıb və bizneslə məşğul olub.
Qeyd edək ki, Şnellinqer Almaniyanın “Köln” və “Tennis Borussia” (Berlin), İtaliyanın “Mantova”, “Roma” və “Milan” klublarında çıxış edib və bu klublarla üç dəfə İtaliya Kubokunu, iki dəfə Kubok Qalibləri Kubokunu, bir dəfə isə Avropa kubokunu və ölkə çempionatını qazanıb .
Müdafiəçi “Roma” ilə İtaliya kubokunu qazanıb, “Köln”lə isə Almaniya çempionu olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB