Azərbaycan karateçiləri Avropada üç medal qazanıblar - FOTOLAR

Azərbaycanın üç təmsilçisi Almaniyanın Regensburq şəhərində keçirilmiş karate-do üzrə Avropa çempionatında üç mükafat qazanıblar. SİA-nın məlumatına görə, İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Fuad Əliyev (+80 kq) turnirdə bürünc medalla kifayətlənməli olub.

Azərbaycan idmançıları komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.

Qeyd edək ki, komandaya bu yarışda Azərbaycan Karate Federasiyasının Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə