“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. SİA Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu matçlar ayın 19-da və 21-cə baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə