Hazırda “Aston Villa” klubunda icarə əsasında çıxış edən Nikolo Zanyolo İtaliya millisinin heyətindən kənarlaşdırılıb. SİA xəbər verir ki, İtaliya seçmə komandasının baş məşqçisi Luçano Spalletti Nikolo Zanyolonun zədələnməsinin ardından hücumçunu milli komandanın iştirak ərizəsindən çıxarıb.
“Avro-2024”də çıxış edən İtaliya millisi B qrupunda İspaniya, Xorvatiya və Albaniya seçmələri ilə qarşılaşacaq.
Qeyd edək ki, “Avro-2024” bu il Almaniyada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB