İngiltərədə VAR sistemi ləğv edilə bilər

İngiltərədə VAR sistemi ləğv edilə bilər

İngiltərə Premyer Liqasında VAR sistemi ləğv edilə bilər. SİA xəbər verir ki, “Vulverhempton” klubu rəsmi olaraq liqa rəhbərliyinə bununla bağlı müraciət edib.

Göndərilən məktubda VAR-ın neqativ təsirlərindən yazılıb. Klub üzvlərinin fikrincə, VAR futbolçuların qolu normal şəkildə bayram etməsinə mane olur, oyunun uzanmasına gətirib çıxarır, səhvlərin qarşısını almır və hakimlərin məsuliyyətini aşağı salır.

İyunun 6-da klublar bununla bağlı səsvermədə iştirak edəcək. VAR-ın ləğv edilməsi və ya dəyişdirilməsi üçün 20 klubdan 14-nün səsi lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə