Azərbaycan yığması “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal sahibi oldu

Avarçəkmə idman növü üzrə Azərbaycan milliai Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb. SİA xəbər verir ki, Qiyas Əhmədov-Vacib Babayev cütü bürünc medalın sahibi olublar.

Onlar 2006-2007-ci il təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə