Məşqçilik karyeramın ən xoşbəxt günüdür.
SİA xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi Xetaq Qazyumov deyib.
O, Azərbaycan xalqını sevindirdikləri üçün qürur hissi keçirdiklərini bildirib. “Hər kəsin ümidlərini doğrultduq. Əziyyətimizin bəhrəsini gördüyümüzə görə şadam. Uşaqlar bacarıqlarını maksimum şəkildə göstərdilər. Onlara təşəkkür edirəm”, - deyə o qeyd edib.
“Paris-2024” Yay Olimpiya Oyunlarındakı şansları barədə danışan X. Qazyumov nüfuzlu yarışda idmançılarına inandığını söyləyərək bildirib: “Özümüz üçün plan hazırlayacağıq. Üç gündən sonra yenidən iş başında olacağıq. Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Aşağı yaş qruplarında olan güləşçiləri də buraya cəlb edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB