Fərid Qayıbov "Olimpiya" klubunun üzvləri ilə görüşüb

Fərid Qayıbov "Olimpiya" klubunun üzvləri ilə görüşüb

Martın 30-da gənclər və idman naziri Fərid Qayıbov Bakı Olimpiya Stadionunda yerləşən "Olimpiya" klubunun üzvləri ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, nazir burada fəaliyyət göstərən MMA, güləş və boks idman bölmələrinin fəaliyyəti ilə də maraqlanıb.

F.Qayıbov, həmçinin məşqçilər Gözəl Zutova və Yusif Əliyevlə fikir mübadiləsi aparıb, idmançılarla söhbət edib, onların hazırlıqları ilə maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə