Mayk Tayson bloger Ceyk Polla döyüşəcək

Mayk Tayson bloger Ceyk Polla döyüşəcək

Boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Tayson həmyerlisi bloger Ceyk Polla döyüşəcək. SİA xəbər verir ki, Paul bu barədə X səhifəsində bildirib.

Boks qaydalarına uyğun keçiriləcək döyüş iyulun 20-də baş tutacaq.

Taysonun 57 yaşı var. Onun 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var, daha iki döyüş etibarsız sayılıb. 27 yaşlı Paulun boks döyüşünə 9 qələbə (6 nokaut), 1 məğlubiyyət daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə