5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tennis yarışı keçirilib

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tennis yarışı keçirilib
Şabran şəhəri 5 nömrəli tam orta məktəbin idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektoru və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində Uşaq Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində 2005-2008, 2009-2013 və daha kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında Stolüstü tennis idman növü üzrə Şabran rayon birinciliyi keçirilib.

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün qeyd edilməsi, rayonda stolüstü tennis idman növünün təbliğ olunması, yeniyetmə və gənclərin idmanın bu növünə marağının artırılması, onların aktiv həyata cəlb edilməsi məqsədilə keçirilmiş birinciliyin mükafatlandırma mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayonu üzrə gənclər və idman sektorunun müdiri Süleyman Əliməmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun metoditi Rəşad Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində UGİŞM-in direktoru Zeynal Zeynalov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru İlqar Məqami, məşqçi - müəllimlər və yeniyetmə idmançılar iştirak ediblər.

İki gün davam etmiş yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня