“Zirə”nin müdafiəçisi “Turan Tovuz”la oyunda zədələnib

“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan Premyer Liqasının XXV turunda “Turan Tovuz”la oyunda zədələnib. SİA-nın məlumatına görə, 30 yaşlı müdafiəçi Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın əvvəllərində sıradan çıxıb.

Rəqib oyunçu ilə toqquşaraq xəsarət alan İsayev mübarizəni davam etdirə bilməyib. 10-cu dəqiqədə məcburi əvəzləməyə əl atan baş məşqçi Rəşad Sadıqov meydançaya Fuad Bayramovu buraxıb.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən görüşdə “Turan Tovuz” 1:0 hesabı ilə öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə