Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub

Martın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

SİA xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda oynanılan matç Gəncə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaq komandanın heyətində qolları 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5 dəqiqədə isə Rüfət Əhmədov vurublar. Meydan sahiblərindən isə İsa Suliman 80-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra dənizçilər 36 xalla 2-ci, “Kəpəz” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 2-də və 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə