“Qalatasaray”a qalib gələn “Fatih Karagümrük” yarımfinala yüksəlib

“Qalatasaray”a qalib gələn “Fatih Karagümrük” yarımfinala yüksəlib

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib.

SİA xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Fatih Karagümrük"lə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 6-cı dəqiqədə Markos Vinisius Amaral Alves açıb. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Rian Mendes müəyyənləşdirib.

"Fatih Karagümrük" növbəti mərhələdə "Trabzonspor"la, "Beşiktaş" isə "Ankaragücü" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə