Azərbaycanın iki idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kamandan oxatma üzrə reytinq xarakterli Dünya Təsnifat Turnirinə yollanıb. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, Azadə Abdullayeva və Cahan Musayev adıçəkilən yarışda qüvvələrini sınayacaqlar.
Onlar kamandan oxatma növündə mübarizə aparacaqlar.
Turnir Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.
Qeyd edək ki, bu gün start götürən yarış martın 7-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB