"Təmiz idmanda milli və qlobal baxışlar" adlı beynəlxalq konfrans keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar" adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Konfransda gənclər və idman naziri Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, AMADA-nın İcracı Direktoru Təhminə Tağızadə, AMADA İdmançılar Məsləhətçi Komissiyasının sədri, İkiqat Paralimpiya çempionu İlham Zəkiyev iştirak edib.
Açılış nitqi üçün gənclər və idman naziri Fərid Qayıbova söz verilib. Nazir bildirib ki, əsas məqsəd əhalinin sağlam olmasıdır: "Nazirlik federasiyalarla bərabər bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Biz Azərbaycanda hər zaman təmiz idmanı üstün tutmuşuq. Bunun üçün müəyyən bir çevrə yaratmışıq. Harda ki idmançılar özlərini sağlam hiss edirlər, orada sağlam rəqabət göstərirlər. İdmançılarımız kifayət qədər yüksək nəticələr əldə edirlər. İnanıram ki, bu nəticələr davamlı olacaq. Bizim işimiz öyrənmək və inkişaf etməkdir. Bu yolda hər kəsə uğurlar arzulayıram".
Daha sonra ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək vurğulayıb ki, ölkəmizdə idman siyasəti vacib bir amildir: “Bu gün biz idmanımızda antidopinqə qarşı birgə mübarizə aparırıq. Daima AMADA ilə əməkdaşlıq edərək, idmançılarımızın düzgün maarifləndirilməsi istiqamətində işlər görürük. Biz AMADA ilə memorandum imzalamışıq. Qarşımızda mühüm məsələlər dayanır. Bu bizim üçün vacib rol oynayır. Hər il 1700-dən artıq məzun idman sahəsində fəaliyyətə başlayır. Bizim böyük ordumuz təmiz idman ideologiyasının daşıyıcılarıdır. İdmanımızı düzgün təşkil edən şəxslər bizim məzunlarımızdır".
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraşı direktpru Təhminə Tağızadə sağlam idmanın düzgün şəkildə inkişafından və maarifləndirilməsindən söhbət açıb: “Bu gün məsuliyyətli müzakirələr keçirəcəyik. Biz bu gün dopinqə qarşı mübarizədə birgə səylərin əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. İdmançılar üçün ədalətli şəraitlər yarada bilərik. Konfransın təşkilində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Onlar əllərindən gələn dəstəyi əsirgəməyiblər".
Sonda çıxış edən AMADA İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev hər kəsi salamlayaraq sözə başlayıb. Bildirib ki, hər zaman idmanda ədalət prinsipini qorumağa çalışıb: "İlk dəfə paralimpiya oyunlarında Azərbaycanı təmsil edib qızıl medal qazandım. 5 olimpiya oyunlarda iştirak etmişəm. Növbəti paralimpiya oyunlarına hazırlaşırıq. Təbii ki, Azərbaycan idmançıları sağlam rəqabətin tərəfdarıdır. Sonuncu Paralimpiya Oyunlarında 2020-ci ildə keçirilməsi gecikdirildi. Bir çoxları buna mənfi hal kimi yanaşa bilər. Amma mən düşünürəm ki, həmin illərdə biziç müzəffər ordumuz böyük Zəfər qələbimizi qazandıq. Bu tarixi qalibiyyətimiz bütün idmançılara böyük ruh yüksəkliyi verdi”.
Rəsmi çıxışlardan sonra konfrans açıq elan edilib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB