Kataloniya “Barselona”sının yeni məşqçilər siyahısına biri də daxil edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Xavi Ernandes getdikdən sonra “mavi qranat”ın baş məşqçi postunu Argentina millisinin hazırkı çalışdırıcısı Lionel Skaloni tuta bilər.
Mənbə iddia edir ki, 45 yaşlı çalışdırıcını komandaya “Barselona”nın sabiq hücumçusu Lionel Messi şəxsən özü tövsiyə edib.
Skalonun gəlişi argentinalı futbolçuların Kataloniya nəhənginə transferini asanlaşdıracaq.
Qeyd edilir ki, Lionelin Argentina millisi ilə müqaviləsi 2026-cı ilə qədərdir. O, Amerika Kuboku bitdikdən sonra yayda milli komandanı tərk edə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB