Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün ilk oyununda "Araz-Naxçıvan" komandası "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Hesabı 45-ci dəqiqədə qonaqların heyətində İsa Suliman açıb. Matçın yekun nəticəsini 59-cu dəqiqədə Vanderson Melo müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. 27 xalı olan "Araz-Naxçıvan" isə altıncı sırada yer alıb.
Tura bu gün keçirilərək "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq. Görüş saat 17:30-da start götürəcək.
Qeyd edək ki, XX turun əvvəlki oyunlarında "Turan Tovuz" "Səbail"ə 3:1, "Qarabağ" "Kəpəz"ə 2:1, "Sabah" isə "Zirə"yə 1:0 hesabı ilə qalib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB