"Yuventus"dan yeni transfer

"Yuventus" heyətinə yeni oyunçu cəlb edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, "Lill"in müdafiəçisi Tiaqo Djalo ilə gələn həftə müqavilə imzalanacağını bildirib. Müqavilənin müddəti isə 4 illik olacaq.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2019-cu ildən "Lill"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə