“Yuventus” - “Roma” matçının taleyini bir qol həll etdi

“Yuventus” - “Roma” matçının taleyini bir qol həll etdi

“Yuventus” İtaliya çempionatının XVIII turunda evdə “Roma”nı 1:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, oyunda yeganə qolu 47-ci dəqiqədə Adrien Rabyö vurub.

Bu nəticədən sonra “Yuventus” 43 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Roma” isə 28 xalla yeddinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə