Azərbaycan millisinin voleybolçusu Vyetnam klubu ilə vidalaşıb

Azərbaycan millisinin voleybolçusu Vyetnam klubu ilə vidalaşıb

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Vyetnamın “Xoa Çat Duk Qianq Tia Sanq” klubu ilə vidalaşıb. SİA-nın məlumatına görə, 33 yaşlı oyunçu bu barədə şəxsi feysbuk səhifəsində paylaşım edib.

Rəhimova bu ölkədəki ikinci təcrübəsinin də çoxlu gözəl xatirələrlə yadda qaldığını bildirib: "Təşəkkür edirəm, Vyetnam. Buranın insanları həmişə mənə özümü evdəki kimi hiss etməyə imkan verir. Gələcəkdə yenidən görüşənədək".

Qeyd edək ki, Polina Rəhimova 2021/2022 mövsümündə bu ölkədə "Geleximko Thai Binh" klubunun formasını geyinib. O, hazırkı komandası ilə Vyetnam liqasında gümüş medal qazanıb və çempionatın ən yaxşı hücumçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə