Çövkən üzrə "Prezident Kuboku"nun bağlanış mərasimi baş tutub - YENİLƏNİB - FOTOLAR

Çövkən üzrə "Prezident Kuboku"nun bağlanış mərasimi baş tutub - YENİLƏNİB - FOTOLAR

15 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin final oyunları baş tutub. SİA xəbər verir ki, günün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası “Omar” komandasına 2-1 hesabı ilə qalib gələrək 3-cü yeri tutub. Final oyununda isə “Polad” komandası “Sərhədçi-Qarabağ” komandasına 4-1 hesabı ilə qalib gələrək kubokun sahibi oldu.

Tədbirin sonunda Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov qalibləri medal, diplom və kubokla təltif ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə