1/4 finala vəsiqə qazanan son komanda bəlli olub

1/4 finala vəsiqə qazanan son komanda bəlli olub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün son oyununda "Neftçi" və "Qaradağ Lökbatan" komandaları üz-üzə gəlib. "Neftçi Arena"da keçirilən oyun "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin ilk qolunu 23-cü dəqiqədə Aaron Olanare vurub. 72-ci dəqiqədə qonaqların heyətində Murad Qayalı avtoqol müəllifi olub. Digər toplara isə 77-ci dəqiqədə Yeqor Boqomolski və 80-ci dəqiqədə Andre Şinyaşiki imza atıb.

"Neftçi"nin növbəti mərhələdəki rəqibi "Sumqayıt" komandası olub.

1/4 finalda həmçinin "Səbail" "Zirə" ilə, "Araz-Naxçıvan" "Qəbələ" ilə, "Sabah" isə "Qarabağ"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə