"MOİK-lə oyunun belə çətin keçəcəyini gözləmirdim" - Qurban Qurbanov
"Bu gün həddindən artıq sevincliyəm. Hər kəs neçə illərdir ki, bu günü həsrətlə gözləyirdi. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Onların qəhrəmanlıqları sayəsində xalqımız belə sevincli bir gün yaşadı". SİA xəbər verir ki, bu sözləri Xankəndidə MOİK-lə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, oyun "Qarabağ" üçün bir qədər çətin keçdi: "Həm həyəcan var idi, həm də oyuna kifayət qədər hazır deyildik. Lakin son saniyələrdə qolun vurulması isə maraqlı bir epizod oldu".
Q.Qurbanov MOİK-i intizamlı oyun göstərdiyi üçün təbrik edib: "Oyunun belə çətin keçəcəyini gözləmirdim. Amma bilirdim ki, rəqib komanda çox yaxşı müdafiə olunurlar. Bu gün futbolçularımda bir qədər həyəcan var idi deyə ola bilər ki, öz performanslarını göstərə bilmədilər. Amma nəticədə qələbə qazandıq. Əgər finala kimi davam etsək, növbəti kubok oyunlarını da Xankəndidə keçirmək istəyirik".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB