“Barsa” uğursuzluq zolağından çıxa bilmir

“Barsa” uğursuzluq zolağından çıxa bilmir

İspaniya La Liqasının XVII turu çərçivəsində “Barselona” səfərdə “Valensiya” ilə heç-heçə edib - 1:1. SİA xəbər verir ki, Joau Feliks 55-ci dəqiqədə “Barsa”nı önə çıxarıb. 70-ci dəqiqədə isə Uqo Qilyamon hesaba tarazlıq gətirib.

Bu nəticə ilə “Barselona” 35 xalla üçüncü yerdə, “Valensiya” isə 20 xalla 10-cu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə