Ramos Çempionlar Liqasında iki rekorda imza atıb

Ramos Çempionlar Liqasında iki rekorda imza atıb

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Lans”ın qapısına vurulan penalti qolu “Sevilya”nın müdafiəçisi Serxio Ramosun müdafiəçilər arasında turnirdə bütün zamanların bombardiri siyahısında vahid lider olmasına imkan verib. SİA xəbər verir ki, bu qol ispaniyalının Çempionlar Liqasında 17-ci qoludur. Qeyd edək ki, Serxio həm də turnir matçında penalti vuran ən yaşlı futbolçu olub.

Xatırladaq ki, bu gün, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin son turunun matçında Fransanın “Lans” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə “Lans”a qrupda üçüncü yeri tutmağa imkan verdi ki, bu da onlara Avropa Liqasının yaz hissəsində mübarizə aparmaq hüququ verir. “Sevilya” B qrupunda sonuncu pillədə qalıb və avrokuboklarda çıxışını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə