Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək - FOTO

Azərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək - FOTO

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. SİA xəbər verir ki, 2024-cü il 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması mübarizə aparacaq.

Azərbaycanın U-20 millisi Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə