"Beşiktaş" məşhur futbolçuları heyətdən kənarlaşdırdı

Türkiyənin "Beşiktaş" klubunda 5 futbolçu heyətdən kənarlaşdırılıb. SİA İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş koordinatoru Samet Aybaba açıqlama verib.

Vensan Abubakar, Valanten Rozye, Erik Bayi, Raşid Gezzal və Jan Onana zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, "Beşiktaş" Superliqada 15 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə