“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Bu gün Azərbaycan Basketbol Liqasının 7-ci turunda növbəti oyun keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Cəlilabad” doğma meydanda “Gəncə”ni qəbul edib. Gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsa da, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləliklə, "Gəncə" oyunu 114:108 hesablı qələbə ilə tamamlayıb.

"Cəlilabad"ın heyətində Tomas Kobi 30 xal, 9 ribaund, qələbə qazanan komandada isə Kuls Mur 29 xal, 10 ribaund göstəricisi ilə oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə