"Zirə" "Araz-Naxçıvan"a qarşı, "Kəpəz"dən böyükhesablı qələbə

Misli Premyer Liqasında 16-cı tur davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, 2-ci oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Qəbələ" "Kəpəz"i qəbul edib. Oyun "Kəpəz"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Gəncə təmslçisi 9-cu pilləyə yüksəlib, "Qəbələ" sonuncu pilləyə enib.

Digər matçda isə "Zirə" evdə "Araz-Naxçıvan"la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

9 dekabr

17:00."Zirə" - "Araz-Naxçıvan" - 0:0 (İkinci hissə)

Zirə İdman Kompleksinin stadionu

15:00."Qəbələ" - "Kəpəz" - 0:3

Qol: Georgi Papunaşvili, 6 (0:1), Adama Nyane, 70 (0:2), Georgi Papunaşvili, 72 (0:3)

Qırmızı vərəqə: Emil Səfərov, 50 ("Qəbələ")

Qəbələ şəhər stadionu

10 dekabr

15:00."Sabah" - "Səbail"

"Bank Respublika Arena"

18:00."Neftçi" - "Turan Tovuz"

"Neftçi" Arena"

8 dekabr

“Sumqayıt” – “Qarabağ” - 1:6

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 11 2 3 42-14 35
2 Zirə 15 8 4 3 13-8 28
3 Sumqayıt 16 6 5 5 17-22 23
4 Səbail 15 6 5 4 23-22 23
5 Araz-Naxçıvan 15 6 4 5 17-16 22
6 Neftçi 15 6 4 5 16-13 22
7 Sabah 15 5 4 6 21-19 19
8 Turan Tovuz 15 4 4 7 23-24 16
9 Kəpəz 16 3 4 9 10-26 13
10 Qəbələ 16 3 2 11 11-29 11

Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 12 qol
Aleksandr Ramalinqom ("Səbail") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 5 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol
Yassin Benzia ("Qarabağ") - 5 qol
Hamidu Keyta ("Qarabağ") - 5 qol

Bütün xəbərlər Facebook səhifəmizdə