Azərbaycanlı güləşçi monqol rəqibinə qalib gəlib

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Bakıda keçirilən hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. SİA xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə monqolustanlı rəqibini məğlub edib.

Qeyd edək ki, Sərhədçi” İdman Mərkəzində bu gün start götürən çempionat dekabrın 3-də başa çatacaq. Azərbaycan yarışda 18 güləşçi ilə təmsil olunur.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə