Ukrayna Cüdo Federasiyasının prezidenti Mixail Koşlyak sosial şəbəkələrdə, Ukrayna yığması rusların ölkəyə buraxılması səbəbindən Portuqaliyada keçiriləcək yeniyetmələr arasında (21 yaşadək) dünya çempionatında iştirak etməyəcəklərini yazıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.
Beləliklə, Koşlyak bildirib ki, Beynəlxalq Cüdo Federasiyası “həmişə olduğu kimi son anda” yeddi rusiyalı idmançıya neytral statusda yarışmağa icazə verib.
Ukraynalı cüdoçuların rəhbəri həmçinin əlavə edib ki, qəbul edilən idmançılardan biri hərbi qulluqçudur.
Qeyd edək ki, turnir oktyabrın 4-dən 7-dək Lissabonun Odivelas ətrafında baş tutacaq.
Xatırladaq ki, aprel ayında Ukrayna yığması Belarus və Rusiya idmançılarının turnirlərə buraxılması ilə əlaqədar 2023-cü il cüdo üzrə dünya çempionatında iştirakdan imtina etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə